Modern.az

Dağıstanda səhra komandiri öldürüldü

Dağıstanda səhra komandiri öldürüldü

Təhsil

26 Mart 2014, 01:14

Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı “Xasavyurt bandası”nın başçısı da daxil olmaqla 5 silahlı öldürülüb.

Bu barədə “İTAR-TASS”a Rusiya Milli Antiterror Komitədən bildiriblər.   

Xüsusi əməliyyat zamanı Rusiya DİN-in bir əməkdaşı həlak olub, daha bir nəfər isə yaralanıb.

Məlumata əsasən, Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar. Evdə olan qanunsuz  dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar.   

Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı zərərsizləşdirilib. Onların şəxsiyyəti artıq müəyyənləşdirilib.   Öldürülən silahlılar arasında “Xasavyurt bandası”nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayevin da olduğu bildirilir.  Rusiya Milli Antiterror Komitənin (MAK) məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir.

Hadisə yerində çoxlu sayda silah və sursat aşkarlanıb. Mülki əhali arasında xəsarət alanların olmadığı bildirilir. /apa.az/

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı