Modern.az saytı xəbər verir ki, keçmiş kəşfiyyatçı Edvar Snovden ABŞ təhlükəsizlik komitəsi NSA-nın Çinin əsas texnologiya şirkətlərindən biri olan “Huawei”-nin e-maillərini izlədiyini iddia edib.
New York Times ve Der Spiegelin yaydığı Edvard Snovdenlə bağlı sənədlərdə ABŞ təhlükəsizlik komitəsi NSA-nın 2009-cu ildən “Huawei”-nin Çinin Şenzen şəhərindəki mərkəzini izlədiyini bildirib.Xəbərə görə “Huawei”-nin rəhbəri Ren Zhengfei və İdarə heyətinin rəhbəri Sun Yafang arasındakı e-mail yazışması NSA tərəfindən izlənib. E-maillərin izlənməsi yoluyla şirkət daxili və beynəlxalq yazışmalar nəzarət altında saxlanılıb.
İzlənmə zamanı ələ keçirilən məlumatlarda “Huawei”-nin ABŞ və ya başqa bir ölkədə cəsusluq etdiyinə dair hər hansı bir dəlilin olmadığı açıqlanıb.
Modern.az