Modern.az

"Bavariya" çempionluğunu elan etdi

"Bavariya" çempionluğunu elan etdi

Təhsil

26 Mart 2014, 02:13

Modern.az saytı xəbər verir ki, Almaniya Bundesliqasının lideri “Bavariya” çempionatın bitməsinə 7 tur qalmış çempionluğunu elan edib.

Berlin Olimpiada Stadionunda 74 min 197 biletli tamaşaçının izlədiyi oyunda Bavariya Herta Berlini 3-1 məğlub edib.

Almaniya Bundesliqasında 24-cü çempionluğunu yaşayan Bavariya, bu qalibiyyətlə də xalını 77-ə çatdırdı.

Ötən mövsümün 28-ci turunda çempionluğunu elan edən “Bavariya” bu dəfə birinciliyi 27-ci turdan təmin etdi və bununla da yeni bir rekorda imza atmış oldu.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı