Modern.az

Müharibə və Əmək Əlilləri üçün Novruz mərasimi keçirilib - FOTOLAR

Müharibə və Əmək Əlilləri üçün Novruz mərasimi keçirilib - FOTOLAR

Təhsil

26 Mart 2014, 14:55

Peşəkar Psixologiya Mərkəzi Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda bayram tədbiri keçirib. Mərkəzin direktoru Nuriyyə Quliyeva yaşlı insanları bayram münasibətilə təbrik edib. O qeyd edib ki, yaşlılara hörmət və qayğı göstərmək Azərbaycan xalqının ən böyük dəyərindən biridir. Mərkəz rəhbəri bildirib ki, hazırda pansionatlarda qalan yaşlı insanlara dövlət lazımı diqqət və qayğını göstərir, onların bütün tələbatları ödənilir:
“Amma cəmiyyətdə belə insanları diqqətdən kənarda qoymamlı, onları daimi yad etməlidir. Çünki bu insanların qayğısına hər zaman ehtiyacları var və biz bunu etməliyik. Belə insanlarla bir yerdə olmaq xoşdur”.

Mərkəzin Uşaq İnkişaf Klubunun rəhbəri Tahibə Quliyeva yardımın yığılmasında dəstək olan və tədbirə qatılan insanlara təşəkkürünü bildirib.

Tədbirdə həmçinin gənc müğənnilər də iştirak edib. Bayram şənliyində səhnəyə çıxan Ramilə Muradova, Gülya Şahzadəyeva, Akif Əliyev, Sadiq Məmmədov və Boris Bayramov yaşlı insanları öz ifaları ilə sevindiriblər.


















Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı