Modern.az

Xəzərdə itkin düşmüş balıqçılar xilas olunub

Xəzərdə itkin düşmüş balıqçılar xilas olunub

Təhsil

26 Mart 2014, 16:48

Xəzərin Azərbaycan sektorunda dünən itkin düşmüş balıqçılar tapılaraq sahilə çıxarılıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Rəsmi məlumatda bildirilir ki, martın 15-də FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisindən 5 nəfər balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla Xəzər dənizinə çıxmış və yanacağın bitməsi səbəbindən sahildən təqribən 70 km məsafədə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 ədəd helikopteri və Dövlət sularda xilasetmə xidmətinin qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin aviasiya dəstəsi tərəfindən açıq dənizdə köməksiz vəziyyətdə qalmış balıqçıların yeri müəyyənləşdirilib və onlar yanacaqla təmin edilib. Balıqçıların sahilə doğru hərəkəti aviasiya dəstəsi tərəfindən izlənilib. Əməliyyat saat 16:00-da başa çatıb.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı