Modern.az

Obama:Avropanın enerji təchizatı üçün başqa mənbələr axtarılmalı

Obama:Avropanın enerji təchizatı üçün başqa mənbələr axtarılmalı

Təhsil

26 Mart 2014, 20:11

ABŞ prezidenti Barak Obama deyib ki, beynəlxalq ictimaiyyət Rusiyanın Krımın ilhaqına görə təcrid edilməsi məsələsində bir mövqedən çıxış edir və bu, Avropanın enerji təchizatı üçün başqa mənbələr axtarmalı olduğunu göstərir.   
 
Prezident Obama çərşənbə günü Brüsseldə Avropa İttifaqının liderləri ilə Avropanın gələcək enerji ehtiyacları və Ukraynada vəziyyəti müzakirə etdikdən sonra açıqlama verib. O deyib ki,  Birləşmiş Ştatlar və Avropa İttifaqının iqtisadi sanksiyalarının növbəti hədəfi  Rusiyanın enerji sektoru ola bilər.
 
Cənab Obama Brüssledə NATO rəsmiləri ilə də görüş keçirəcək. O, müxbirlərə NATO-nun Rusiyadan təhlükə hiss edən ölkələrdə daimi mövcudluğunun lazım olduğunu deyib.  

NATO rəsmiləri ilə danışıqlarda prezident Obamanın ABŞ-ın müttəfiqlərə dəstəyini bir daha təsdiq edəcəyi və üzv ölkələri Ukrayna hökumətinə yardım göstərməyə çağıracağı gözlənilir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı