Modern.az

Ukrayna ordusu Rusiyanı məhkəməyə verəcək

Ukrayna ordusu Rusiyanı məhkəməyə verəcək

Təhsil

26 Mart 2014, 21:45

Modern.az saytı xəbər verir ki Ukrayna müdafiə nazirinin müavini Leonid Polyakov Krımdakı Ukrayna hərbi avadanlıqlarının dəyərinin 1,7 milyard dollar məbləğində olduğunu söyləyib.

Polyakov “Krımdakı hərbi təchizat və avadanlığının çıxarılması üçün Rusiya ilə danışıqların davam etdirdiklərini” ifadə edib.

Yarımadadakı hərbi avadanlıqları geri ala bilməyəcəkləri təqdirdə beynəlxalq məhkəmələrə müraciət edəcəklərini bildirib.

L. Polyakov "Krımda Ukrayna ordusuna aid 1,7 milyard dollarlıq hərbi avadanlıq və tachizat var. Ukrayna əsgər və texnikasını bölgədən çıxarda bilməsə, o zaman rəsmi Kiyev Moskvadan dəyən zərərə görə təzminat tələb edəcək" deyə bildirib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı