
Modern.az saytı xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən sınaq imtahanlarına yazılış başlandığını elan edib. TQDK abituriyentlərə xəbərdarlıq edib ki, aprel ayının 6-da və 13-də keçiriləcək sınaq imtahanlarına yazılmaq üçün //eservices.tqdk.gov.az/sinaq/ keçidinə daxil olmaq lazımdır.
Xatırladaq ki, sınaqlara yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün ilk sınaq imtahanları aprelin 6-da olacaq.
Modern.az