
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli təhlükəsizlik naziri Eldar Mahmudova ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova general-polkovnik ali hərbi rütbəsi verilsin.
Eldar Mahmudov indiyədək general-leytenant rütbəsi daşıyırdı.
Modern.az