
2013-cü ildə dünyada ən azı 778 adam edam olunub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, “Amnesty İnternational”ın məlumatına görə, bu rəqəm 100 nəfər, yaxud 15 faiz 2012-ci ildəkindən çoxdur.
Hüquq müdafiəçilərinin fikrincə, sayın ciddi şəkildə artmasının səbəbi İran və İraqdakı edamlardır. İran bu siyahıda ikincidir (ən azı 369 nəfər), üçüncü olan İraqda isə ötən 169 adam edam olunub.
Bu siyahıda liderlik yenə Çinin payına düşüb. Çin hökuməti informasiya açıqlamasa da, “Amnesty İnternational” belə ehtimal edir ki, bu ölkədə ildə təqribən 1000 adam edam olunur.
Beynəlxalq təşkilata görə, ötən il Çində 778 nəfərin edam olunduğu açıqlanıb. 2012-ci ildə bu rəqəmin 682 olduğu bildirilir.
Dördüncü yerdəki Səudiyyə Ərəbistanında 2013-cü ildə 79, ABŞ-da 39, Somalidə 34 nəfər edam olunub.
2013-cü ildə edam hökmü 22 ölkədə icra olunub ki, bu da bir il əvvəlkindən 1 ölkə çoxdur.
Ötən il İndoneziyada, Küveytdə, Nigeriyada və Vyetnamda da edamlar həyata keçirilib. 2013-cü ildə edamlar baş kəsmək, elektrik stulunda, asılmaqla, öldürücü iynə vurma ilə baş verib.
Modern.az