Modern.az

Ukraynada 24 min dövlət qulluqçusu işdən kənarlaşdırılacaq

Ukraynada 24 min dövlət qulluqçusu işdən kənarlaşdırılacaq

Təhsil

27 Mart 2014, 13:50

Ukrayna ərazisində ən azı 24 min nəfər dövlət qulluqçusunun ixtisara salınması planlaşdırılır. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Ali Radanın bu gün keçirilən iclasında çıxış edən baş nazir Arseniy Yatsenyuk deyib. Gələcəkdə isə dövlət qulluqçularının daha 10 faizi ixtisara düşəcək. İndi isə onların sayı 249 min nəfərdir. Qərar artıq hökumətdə təsdiqlənib. Yatsenyuk bir daha bildirib ki, vilayət dövlət administrasiyaları ləğv edilərək, onların əvəzinə icraiyyə komitələri yaradılacaq. Bu proses zamanı məmurların 20 faizinin ixtisara düşəcəyi istisna olunmur.


 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı