Rusiyanın Tbilisidəki keçmiş səfirliyinin qarşısında Cavaxetiyada yaşayan etnik ermənilər növbəyə dayanıblar. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya məlumat verib:
“Tbilisidə, Rusiyanın Gürcüstandakı keçmiş səfirliyində, daha doğrusu, konsulluq funksiyasını yerinə yetirən yerdə Cavaxetiyada yaşayan etnik ermənilər növbəyə dayanıblar. Onlara Rusiya Federasiyasının pasportu paylanılır”.
