Modern.az

Con Kerri Azərbaycana gəlir

Con Kerri Azərbaycana gəlir

Təhsil

6 Aprel 2014, 20:05

Modern.az saytı xəbər verir ki, ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək. 

Dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq.

Con Kerrinin Ermənistanı ziyarət edəcəyi barəsində isə hələki ABŞ Dövlət Deportamentindən heç bir açıqlama verilməyib. Rəsmi Tiflisdən isə bildiriblər ki, ABŞ rəsmisi Cənubi Qafqaz səfəri zamanı Gürcüstana da baş çəkəcək.

Səfərin yaxın günlərdə baş tutacağı gözlənilir. Səfərin hansı məqsəd daşıdığı barəsində hələ ki heç bir məlumat verilmir.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı