
İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Əl-Barrak Modern.az-a göndərdiyi məktubda 8 aprel 2014-cü il tarixində saytımızda dərc olunmuş “İraq prezidenti ölüb - Ölkə rəsmiləri məlumatı gizlətməyə çalışırlar” başlıqlı məqaləyə münasibət bildirib.
Səfir diplomatik mənbələrdən verilən məlumatda İraq prezidenti Cəlal Tələbaninin bir il öncə Almaniyadakı xəstəxanalardan birində vəfat etməsinin, bu xəbərin gizlədilməsinin və bu ayın 30-da İraqda keçiriləcək parlament seçkilərindən sonra açıqlanacağının əsassız olduğunu qeyd edib:
”Bu yayayılan xəbər tamamilə əsassızdır və prezidentin səhhəti stabildir. Getdikcə yaxşılığa doğru gedir. Cənab Tələbaninin son zamanlar yayılan şəkillərinə gəldikdə isə onlar 21.03.2014-cü il tarixində Novruz bayramı ərəfəsində çəkilən şəkillərdir.
İraq səfirliyi Azərbaycan Respublikasının dost kütləvi informasiya vasitələrini İraq haqda təsdiqlənməmiş və yaxud rəsmi İraq mənbəyi qeyd olunmamış xəbərləri yaymamağa çağırır.
”Sizi bütün xəbərlərin dürüst olub-olmamasını yoxlamağa çağırır və etibar edilmiş mənbələrdən xəbər almağı tövsiyyə edir”-deyə diplomatik korpusdan göndərilən açıqlamada vurğulanıb.
Səfirlik bu cür xəbərlər təkrarlanacağı təqdirdə sayta gələcəkdə əməkdaşlıqdan imtina edəcəyini də xatırladıb.
Modern.az