Modern.az

“Hərbi hissələrin yeməkxana və ayaqyolunda təmizliyə ayrıca işçilər baxır"

“Hərbi hissələrin yeməkxana və ayaqyolunda təmizliyə ayrıca işçilər baxır"

Təhsil

15 Aprel 2014, 11:21

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri  Elçin Behbudov müdafiə naziri Zakir Həsənovla görüşüb. Elçin Behbudovun Modern.az-a verdiyi məlumata görə, bir saatlıq görüşdə orduda əsgər ölümləri ilə bağlı məsələlər və generalların işdən azad olunması da müzakirə olunub.

“Ötən il əsgərlərin işgəncəyə məruz qalaraq öldürülmələri ilə bağlı aksiyalar keçirildi. Zakir Həsənovla görüşdüm. Bir saatdan yuxarı müzakirə apardıq. İnsan hüquqları ilə, gələcəkdə görülən işlərlə bağlı söhbət etdik”.

Hərbi hissələrdə əsgərlərə qarşı vəziyyətin daha çox yeməkxanalarda, ayaqyolularında pozulduğunu deyən Komitə sədrinin sözlərinə görə, Zakir Həsənov təyinatından sonra bu məsələlərə son qoyulub.

“Əsgərlər yeməkxanalarda, ümumi ayaqyolunu təmizləməyə məcbur edilirdilər. Amma indi bu işlərlə xadimələr məşğuldur. Zakir Həsənov mənə bildirib ki, əgər zabitlər tərəfindən əsgərlərə qarşı hər hansı qanun pozuntusu olarsa, onlar ciddi şəkildə cəzalandırılacaqlar. Bu il hələ ki, Müdafiə Nazirliyinin hərbi hissələrində əsgərlərə qarşı qeyri-insani rəftarla bağlı müraciət olunmayıb”.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı