Modern.az

“Ermənistana işğal etdiyi ərazilərə görə sanksiya tətbiq olunmalıdır”

“Ermənistana işğal etdiyi ərazilərə görə sanksiya tətbiq olunmalıdır”

Təhsil

15 Aprel 2014, 11:44


Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq oluna bilər. Modern.az xəbər verir ki, bununla bağlı  Azərbaycan prezidenti İlham Əliyev məsələ qaldırıb. Onun sözlərinə görə, bu gün Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş yoxdur: “Təəssüf ki, bu ilin birinci rübündə heç bir irəliləyiş olmayıb. Vasitəçilərin ötən ilin sonlarında səsləndirdiyi müəyyən optimist fikirlərinə baxmayaraq, bu, özünü doğrultmayıb”.

Prezident İlham Əliyev bundan əlavə bəyan edib ki, Ermənistana qarşı sanksiya tətbiqi vacibdir: “Bu gün biz yenə şahidi oluruq ki, Ermənistan sadəcə vaxtın uzadılması ilə məşğuldur, “nə müharibə, nə sülh” vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər, təəssüf ki, ona ciddi təzyiq göstərmirlər. Reallıqda isə Ermənistana qarşı Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladığı üçün beynəlxalq sanksiya tətbiq olunmalıdır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı