Modern.az

Razi Nurullayev: “AXCP ilə Müsavatın yeni əməkdaşlığı mümkün deyil”

Razi Nurullayev: “AXCP ilə Müsavatın yeni əməkdaşlığı mümkün deyil”

Təhsil

15 Aprel 2014, 11:59

“AXCP ilə Müsavat Partiyası arasında əməkdaşlıq artıq keçilmiş mərhələdir. Bununla bağlı artıq neçə illərdir səylər göstərilib, toplantılar keçirilib. Ona görə də yenidən bu məsələyə qayıtmaq artıq vaxt itkisidir. İki partiya arasında əməkdaşlıq Milli Şura çərçivəsində gedirdi. Müsavat Partiyası Milli Şuradan çıxandan sonra bu əməkdaşlıq dayandırılıb. AXCP isə Milli Şurada fəaliyyət göstərir”.

Bunu Modern.az-a AXCP sədrinin müavini Razi Nurullayev deyib.

O, bildirib ki, AXCP-nin bələdiyyə seçkilərində iştirakı ilə bağlı hələ qərar verilməyib. Amma bu məsələni partiya istənilən zaman müzakirə edə bilər.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə iki partiya arasında əməkdaşlıq haqqında hələlik heç nə deyə bilməyəcəyini söyləyib: “Biz seçkidə iştirak etmək haqqında qərar vermişik. AXCP-nin isə belə bir qərarı hələ yoxdur. Əgər AXCP-nın belə qərarı olmayacaqsa, təbbi ki, burda hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Qərar verilərsə, təklif gələrsə müzakirələr aparmaq mümkündür”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2014-cü ilin dekabr ayında keçiriləcək.

Rafiq Qənbərov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı