Modern.az

ALP-dən Ukrayna AÇIQLAMASI: “Bakı Moskva ilə əlaqələrə xələl gətirəcək addım atmamalıdır”

ALP-dən Ukrayna AÇIQLAMASI: “Bakı Moskva ilə əlaqələrə xələl gətirəcək addım atmamalıdır”

Təhsil

15 Aprel 2014, 12:22

“Rəsmi Bakı Moskva ilə əlaqələrə xələl gətirə biləcək addımlar atmamalıdır”.  Bunu Modern.az-a açıqlamasında Lalə Şövkətin lideri olduğu Liberal Partiyanın sədri Əvəz Temirxan Ukrayna hadisələri fonunda Azərbaycan-Rusiya münasibətlərini şərh edərkən bildirib.

“Biz Ukraynanın ərazi bütövlüyünün tərəfdarıyıq. Azərbaycan hakimiyyəti bundan sonra da Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləməlidir. Amma bunu elə etmək lazımdır ki, Azərbaycan ilə Rusiyanın münasibətləri korlanmasın” -deyə sədri Əvəz Temirxan vurğulayıb.

Partiya sədrinin sözlərinə görə Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşmasına çalışmalıdır.

“Ən azı heç olmasa, münasibətləri bu günkü vəziyyətdə saxlamaq lazımdır. Patriotizmə uyub Rusiya münasibətləri korlamaq Azərbaycan dövləti və xalqı üçün böyük təhlükə yarada bilər. Azərbaycan özünün coğrafi vəziyyətinə görə bütün Avrasiya məkanının yol ayrıcında yerləşir. Azərbaycan dövləti nəhəng,  fövqəlgücə malik olan dövlətlərin geopolitik məngənəsindədir”,-deyə Ə.Temirxan qeyd edib.



Liberal Partiyası Azərbaycanı Rusiya və Ukrayna arasında yaranmış gərginliyi həll etməkdə vasitəçi olmağa çağırıb.

“Azərbaycan Rusiya və Ukrayna münasibətlərinin nizamlanması üçün öz xoş niyyətli missiyasını bildirməlidir. Mən Azərbaycan iqtidarını buna çağırıram. Bu, həm Ukrayna, həm Rusiya həm də Azərbaycan xalqına fayda gətirər”-deyə Ə.Temirxan vurğulayıb.

ALP rəhbəri onu da əlavə edib ki, bu böhranla bağlı hər hansı kiçik ehtiyatsızlıq Azərbaycan üçün baha başa gələr. Onun fikrincə, Azərbaycan Türkiyə ilə də münasibətləri bundan sonra da hərtərəfli sıxlaşmasına çalışmalıdır.

“Amma bu da ehtiyatla olmalıdır ki, Azərbaycan nəsə itirməsin. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, Türkiyəyə inteqrasiya edirik, Rusiya ilə münasibətləri normal saxlayırıq. Azərbaycanın Rusiya ilə əlaqələri qarşılıqlı, faydalı prinsiplər əsasında olmalıdır”.


Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı