Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə bölgələrdə yanğına qarşı təbliğat xarakterli tədbirlərə start verib. Bu istiqamətdə ilk tədbirlərdən biri «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Göycöl aqroservis filialında keçirilib.
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Göycöl aqroservis filialında keçirilən yanğına qarşı təbliğat xarakterli tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlığı yoxlanılıb, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyyələr verilib, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Göycöl aqroservis filialında yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə də geniş şəkildə toxunularaq qeyd olunub ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına əməl etməlidirlər. Həmçinin bildirilib ki, təhlükəsizlik qaydalarına əməl olunmazsa, ən müasir texnika və texnologiyalar sağlam və təhlükəsiz əmək şəraitini yaratmağa qadir deyil. Belə ki, işçilər texnologiyaları bilməkdən əlavə iş yerində davranış qaydalarını da bilməli, öz vəzifələrini elə yerinə yetirməlidirlər ki, təhlükəli və zərərli şəraitin yaranması mümkün olmasın, belə şərait yarandıqda isə onu aradan qaldırmaq üçün tədbir görə bilsinlər.
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Göycöl aqroservis filialında Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən təşkil olunmuş yanğın texniki sərgi maraqla qarşılanıb, kənd təsərrüfatı işçilərinin dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydaları haqqında bilgilərini artırıb.
Tədbirdə Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Göycöl aqroservis filialının işçilərinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarınıi təbliğ edən plakatlar paylanılıb.




Hikmət Xudiyev,
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi,
daxili xidmət polkovniki