Bu gün Azərbaycan Respublikası Milli Məclisi və Avropa Şurası təşəbbüsü ilə “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Sevinc Fətəliyeva çıxış edib. O bildirib ki, bu proqram çərçivəsi zamanımız üçün önəm kəsb edir. “Bu günkü tədbir çox əhəmiyyətlidir. Valideynləri düzgün yönəltməyə çalışacaq. Ona görə ki, biz uşaqlarımızın XXI əsrdə tərbiyə olunması mövzusunda müzakirələr aparırıq. Məncə tərbiyə məsələsi qəlizdir. Çünki əsrlər boyu bu cür problemlər mövcud olub. Elə bir dövrdə yaşayırıq ki, münasibətlər də, dəyərlər də dəyişir. Yeni texnologiyalar yeni ünsiyyətin yeni formasına səbəb olur. Uşaqların valideynlərlə daha açıq olunması, valideynlərin uşaqlara qarşı açıq münasibəti əsas məsələlərdəndir. Belə bir mürəkkəb dövrdə uşaqlarımızı unutmamalıyıq”. Tədbirdə almaniyalı psixoloq Qalina Heinzelman ilə yanaşı, valideynlərdə iştirak edib. Qalina Heinzelman valideynlərə əhəmiyyətli tövsiyyələr verib. XXI əsrin uşaqlarının tərbiyəvi xüsusiyyətlərini açıqlayıb.
Rafiq Qənbərov