Modern.az

Turizm İnstitutundan AÇIQLAMA: “Bizim pis niyyətimiz yox idi”

Turizm İnstitutundan AÇIQLAMA: “Bizim pis niyyətimiz yox idi”

Təhsil

15 Aprel 2014, 15:46

Azərbaycan Turizm İnstitutu Hesablama Palatasının bu ali məktəbdə apardığı audit yoxlaması ilə bağlı mövqeyini açıqlayıb. Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanov Modern.az saytına açıqlamasında 2013-cü ildə yoxlamalar aparıldığını təsdiqləyib.

“Bizim universitet 2006-cı ildə yaradılıb və bu bizim ilk yoxlama idi. Təəssüflər olsun ki, iş olan yerdə belə prinsipial əhəmiyyəti olmayan nöqsanlar da olur. Bəzi müəllimlərin əmək haqlarında, onların ixtisasına uyğun olmayan dərslərin keçirilməsi ilə əlaqədar iradlar tutuldu.  Bizdə müəllim texniki elmlər üzrə fəlsəfə doktorudur, ancaq qida mühəndisliyindən dərs deyir. Biz həmin məsələləri izah etdik. Azərbaycanda qida mühəndisliyi ayrıca elm sahəsi olmadığına görə, texniki elmlər üzrə müəllim dərs deyir. Mən böyük şərəf hissi ilə demək istəyirəm ki,işlərimizdə təhlükə, ciddi narahatçılıq doğuran elə bir fakt müəyyənləşməyib”.

Prorektor bildirib ki, orada göstərilən iradların çoxu mövcud qaydalarla bağlı olub. Bundan başqa, bizdə ştatlarla bağlı nöqsanlar olub. Tələbələrin sayına uyğun adekvat olmalıdır.
“Deyildi ki, təhsil müəssisəsində tədris şöbəsi ola bilməz. Biz də izah etdik ki, tədris şöbəsi olmadan, ali məktəbi necə təsəvvür edə bilərik? Artıq bizə irad tutulan bir çox məsələlər irad deyil. Təhsil haqlarının gecikdirilməsinə qarşı ciddi tədbirlər görürük. Bir çox ailələr təhsil haqlarını vaxtında ödəyə bilmirlər. Ərizə ilə bizə müraciət edənlər olub. Xüsusi razılıq əsasında, semestrin axırına qədər ödəniş etməyə imkan yaradılmışdı. O da bizə irad tutuldu. Ancaq bizim pis niyyətimiz yox idi. Dövlətə ödənilməli olan pullar gec də olsa, ödənildi. Humanizmimiz qaydalarla uyğun gəlmədiyi üçün bizə irad bildirildi. Biz də valideynlərə bildirdik ki, ya təhsil haqları vaxtında ödəniləcək, ya da tələbələr universitetdən xaric olunacaqlar. Onlar da borc, xərclə ödədilər. Həmin nöqsanlar aşkar olunan zaman işdən çıxarılan olmasa da, nöqsanların  həcminə görə, inzibati tənbeh tədbiri  görüldü”-deyə E.Aslanov bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı