Modern.az

Ukraynada iki jurnalist ölüb

Ukraynada iki jurnalist ölüb

Təhsil

15 Aprel 2014, 15:52

2013-cü ildə Ukraynada jurnalistlərə qarşı 200-dən çox zorakılıq faktı qeydə alınıb, iki KİV işçisi həlak olub. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda ATƏT-in azad KİV məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç bu gün Kiyevdə jurnalistlərin təhlükəsizliyi ilə bağlı keçirilən konfransda məlumat verib: “Ukraynada keçən ildən başlayan hadisələr indi də davam edir, bu isə jurnalistlərin hansı şəraitdə işlədiklərini, onların işinin nə qədər ağır olduğunu göstərir”.

Miyatoviç qeyd edib ki, o, adətən jurnalistlərə Ukraynanın şərq hissəsində hücum edildiyi ilə bağlı daha çox məlumat alır .O, Xarkovda milisin jurnalistlərə qarşı zorakılığının da şahidi olduğunu deyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı