Modern.az

Bakının DYP rəisinə aid edilən restoranın əsl sahibi məlum oldu

Bakının DYP rəisinə aid edilən restoranın əsl sahibi məlum oldu

Təhsil

15 Aprel 2014, 16:31

“Əminliklə deyə bilərəm ki, mediada adı hallanan restoranlar Nuşirəvan Səfərovun deyil”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

“Restoran tikmək özü-özlüyündə cinayət deyil. Amma mətbuatdan açıq-aşkar düşmənçilik etmək üçün də istifadə etmək olmaz. Bu, Nuşirəvan Səfərova qarşı qərəzli mövqedir”.

Qeyd edək ki, bu gün bəzi KİV-lər Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun Nərimanov heykəlinin yanındakı restoranın sahibi olduğunu  iddia edən material yayıblar.  

Modern.az-ın özəl bilgisinə əsasən, sözügedən restoran tanınmış şoumen Murad Dadaşova məxsusdur.

Namidə BİNGÖL 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı