Ankara həmçinin Krımda keçirilən referendumun nəticələrini tanımır.
Apa-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu haqda Ukraynada prezidentliyə namizədliyi irəli sürülən Pyotr Poroşenko ilə Türkiyə prezidenti Abdulla Gül arasında keçirilən görüşdə bəyan olunub. Regional təhlükəsizliyə həsr olunmuş 1 saatlıq görüşdə əsas diqqət Krm tatarlarının hüquqlarının müdafiəsinə yönəlib.P.Poroşenko görüşün yekunlarına əsaslanaraq gələcəkdə tərəflərin birgə səyləri ilə Krımın əvvəlki statusunun qaytarılacağına əminliyini ifadə edib. Tərəflər Ukraynadakı prezident seçkilərindən sonra Ukrayna-Türkiyə danışıqlarına başlamaq haqda razılıq da əldə ediblər.
Modern.az