Modern.az

Elmira Axundovadan Milli Məclisdə süründürməçiliklərdən danışdı

Elmira Axundovadan Milli Məclisdə süründürməçiliklərdən danışdı

Təhsil

18 Aprel 2014, 13:16


Modern.az xəbər verir ki, milli məclisin bu günkü plenar iclasında çıxış edən millət vəkili Elmira Axundova Hesablama Palatasının 2013-cü il fəaliyyəti haqqında fikirlərini bildirib:”Hesabatda dövlət büdcəsi, iqtisadiyyatın inkişaf tempi ilə bağlı müsbət məqamlar öz əksini tapıb. Hesabata görə 2013-cü ildə dövlət büdcəsinin gəlirləri xərcləri üstələmiş, Azərbaycan rəqabət qabiliyyətlilik indeksinə görə 148 ölkə arasında 39, MDB ölkələri arasında birinci mövqeyini qoruyub saxlamış, regionun ən rəqabət qabiliyyətli ölkəsinə çevrilib”

Millət vəkili onu da bildirib ki,  Heydər Əsədovun sədrliyi dövründə bu qurum tərəfindən aparılan audit zamanı əsas tutulan prinsipiallıq, obyektivlik və şəffavlıq prinsiplərinə indiki rəhbərlik tərəfindən də əməl olunmaqdadır. Audit zamanı aşkar edilən qüsurlar, çatışmazlıqlar, məmurların öz vəzifələrindən sui-istifadə halları gizlədilməyib, müsbət hallarla yanaşı neqativ hallar da ətraflı şəkildə qeyd edilib. Düşünürəm ki, bu, ölkə rəhbərliyinin korrupsiya və məmur özbaşınalığına qarşı elan etdiyi mübarizənin ən bariz nümunəsidir. Deputat “Təhsil” bölmnəsi üzrə nəzərdə tutulmuş vəsaitlərdən də danışıb:” Hesabatda göstərilir ki, 2014-cü ilin büdcəsi layihəsində “Təhsil” bölməsi üzrə nəzərdə tutulmuş vəsait 2013-cü illə müqayisədə 8 faiz çoxdur. Bu göstərici ildən ilə artmaqdadır. Çox istərdim ki, artım müəllimlərin əmək haqlarında əhəmiyyətli dərəcədə öz əksini tapsın. Digər bir məqam isə texniki-peşə məktəblərinin strukturunda yeni peşə təhsili müəssisələrinin yaradılmasının nəzərdə tutulmasıdır. Mən bu fikri alqışlayıram. Çünki təhsil ilə bağlı məsələlər müzakirə olunanda xüsusilə rayon yerlərində texniki-peşə məktəblərinin bərbad olması barədə dəfələrlə çıxışlar etmişəm. Qəbulumuza işlə bağlı gələn seçicilər isə əsasən ya ali təhsilli, ya da ümumiyyətlə təhsilsiz gənclər olur. Bu da onu göstərir ki, texniki-peşə təhsili və gənclərin orada tələbat duyulan peşələrə yiyələnmək həvəsi yox dərəcəsindədir. Bununla belə yeni peşə təhsili müəssisələrinin yaradılmasının əleyhinə deyiləm, amma hesab edirəm ki, ilk növbədə texniki-peşə məktəblərində hal-hazırda mövcud olan peşələr üzrə tədris gücləndirilməli, maddi-texniki baza yaxşılaşdırılmalı, şagirdlərin dərsə davamiyyəti təmin edilməli, peşəkar kadrlar yetişdirilməli, bununla kifayətlənməməkləhəm özəl, həm də dövlət müəssisələrində onların işlə təmin olunması üçün planlı şəkildə tədbirlər görülməlidir”.

“Hesabata görə 2012-ci ildə də əvvəlki illərdə olduğu kimi “Malların (işlərin və xidmətlərin) satın alınması” və “Qeyri-maliyyə aktivlərinin alınması” bölmələrində xərc maddələri üzrə icra ilkin büdcə göstəricilərindən də aşağı olub. Mənzil-kommunal təsərrüfatı xərclərinin təhlili bu sahədə də problemlərin olduğunu göstərir. Bunların da əsas səbəbi hesabatda göstərildiyi kimi hesablamaların təxmini olaraq həyata keçirilməsidir. Həm də deyərdim ki, digər bir səbəb dəmüvafiq qurumlarda xərclərin hesablanmasında real bazar qiymətlərinin deyil, müəyyən maraqların nəzərə alınmasıdır. Sirr deyil ki, malların satın alınması ilə məşğul olan bəzi qurumlar bu prosesdə süründürməçiliyə, sahibkarlara qarşı bürokratik əngəllərin yaradılmasına yol verərək xərclərin icrasını ləngidir, nəticədə həmin vəsait istifadə olunmamış qalır. Yeri gəlmişkən bu bəla sovet vaxtının ən ağrılı problemlərindən biri idi və Azərbaycan 70-80-ci illərdə demək olar yeganə Respublika idi ki, Moskvanın iqtisadiyyatımıza ayırdığı böyük vəsaitləri hətta vaxtından əvvəl realizə edirdi. Düşünürəm ki, biz bu təcrübədən yararlanmalı, dövlət büdcəsi vəsaitlərindən daha səmərəli istifadə etməliyik”.

Məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti ilə bağlı danışan millət vəkili bildirib ki, Bakı şəhərində bu istiqamətdə böyük işlər görülməkdədir. "Amma çox istərdim ki, rayonlarda da məktəbəqədər təhsil müəssisələrinin açılmasına diqqət artırılsın. Yaddan çıxarmamalıyıq ki, kənd yerlərində valideynlər uşaqları məktəbə özləri hazırlaya bilmir və şəhərə nisbətən imkanlar da məhduddur, buna görə bağça yeganə yerdir ki, uşaqların məktəbə hazırlığı lazımi səviyyədə təşkil edilir. Məhz buna görə son illər hətta kəndlərdə bağçalara tələbat kəskin artıb. Məsələn, hansısa kənddə bağça açılıbsa və orada 30-40 yer nəzərdə tutulubsa, ətraf kəndlərdən 90-100 nəfər növbəyə durur. Mən deyərdim ki, şəhərin özündə bu qədər növbə olmur. Bu məsələ ilə bağlı hesabatda olan bir məlumat diqqətimi cəlb etdi".

Belə ki, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” üzrə nəzərdə tutulan vəsait icra edilməyib. Mənə maraqlıdır ki, bu cür təhsil müəssisələrinə böyük ehtiyac olduğu halda nəzərdə tutulan vəsaitin icra edilməməsinin səbəbi nədir? Və 2010-cu ildən bu yana keçən 4 il ərzində dəyişən bir vəziyyət varmı?

Hesabatda dəfələrlə qeyd olunan bir ifadənin diqqətini çəkdiyini vurğulayan deputat bildirib ki, keçən illərdə olduğu kimi 2013-cü ildə də filan çatışmazlıq aşkar edilmiş, filan pozuntuya yol verilmiş və s. kimi ifadələrlə açıq aydın görünür ki, problemlər həll olunmur, əksinə ildən ilə ötürülür. Bilmək istərdim ki, problemlərin həlli üçün hansı tədbirlər görülür, hansı orqanlara məlumat verilir ki, eyni problem, qanun pozuntusu, məmurların öz vəzifələrindən sui-istifafə halları növbəti il də təkrarlanmasın.

 

  Modern.az


 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı