Modern.az

Azərbaycanda nazirin qardaşı yol qəzasında həlak oldu

Azərbaycanda nazirin qardaşı yol qəzasında həlak oldu

Təhsil

20 Aprel 2014, 00:39

Bu gün Naxçıvan Muxtar Respulikasının Şərur rayonunun Pusyan kəndində avtomobil qəzası baş verib.

Modern.az saytı Axar.az-a istinadən xəbər verir ki, qəza nəticəsində Abbas Əhmədov hadisə yerində həlak olub.

Onunla birlikdə Sərhəd Qoşunlarının Şərur zastavalarının rəhbəri də ölüb.

Məlumata görə, Abbas Əhmədov toy məclisindən qayıdırmış.

Qeyd edək ki, Abbas Əhmədov Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır. Hazırda təqaüddə olan A.Əhmədov fermer təsərrüfatı ilə məşğul imiş.

Allah rəhmət eləsin! 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı