
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün bu gün 24 şəhər və rayonda sınaq imtahanı keçirir. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağıstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunub..
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 49066 abituriyent qeydiyyatdan keçib.
Modern.az