43 saylı Sumqayıt üçüncü seçki dairəsindən seçilmiş millət vəkili Muxtar Babayevin Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yaşayan seçicilərilə növbəti görüşü keçirilib.
Modern.az-ın məlumatına görə, görüşdən öncə millət vəkilinin iştirakı ilə mikrorayon ərazisində xüsusi ayrılmış sahədə sakinlərlə birgə 100-dən artıq ağac və bəzək kolları əkilib, ərazidə abadlıq işləri aparılıb.
Çay süfrəsi arxasında keçirilən görüşdə millət vəkili M.Babayevin Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan genişmiqyaslı işlər, onun diqqət və qayğısı sayəsində son illərdə Sumqayıtda açılan yeni müəssisələr, həyata keçirilən quruculuq və abadlıq tədbirləri barədə verdiyi məlumat seçicilər tərəfindən maraqla dinlənilib.
Seçicilərin çoxsaylı müraciətlərinə diqqətlə yanaşan millət vəkili görüş zamanı verilən sualları cavablandırıb və qaldırılan problemlərin həlli ilə bağlı öz fikirlərini bildirib. Səmimilik şəraitində keçən görüşdə seçicilər Sumqayıta və sumqayıtlılara göstərilən diqqət və qayğıya görə ölkə ölkə rəhbərinə və şəhər icra hakimiyyətinə minnətdarlıqlarını ifadə ediblər.




Modern.az