Modern.az

Con Kerri Ərdoğanın “soyqırımı” bəyanatını bəyəndi

Con Kerri Ərdoğanın “soyqırımı” bəyanatını bəyəndi

Təhsil

25 Aprel 2014, 09:57

ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma erməni “soyqırımı” ilə bağlı verdiyi bəyanata münasibət bildirib. Modern.az xəbər verir ki, ABŞ dövlət katibi bu barədə özünün twitter səhifəsində mövqeyini açıqlayıb. O, R.T. Ərdoğanın bəyanatını müsbət qarşılayıb. “Bütün fikirlər, dualar ermənilərlədir. Baş nazir Ərdoğanın bəyanatı da qlobal prinsipləri təsdiqləyir”,-deyə ABŞ rəsmisi bildirib.  

Qeyd edək ki, R.T. Ərdoğanın bəyanatı 9 dildə yayımlanıb. Baş nazir bəyanatında 1915-ci ildə həlak olmuş ermənilərin hazırda yaşayan nəslindən, nəvələrindən üzr istəyib. Türkiyə hökumət başçısının belə açıqlama ilə çıxış etməsi isə birmənalı qarşılanmayıb. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı