Ölkənin aparıcı müxalifət qurumu olan Müsavat Partiyasının qurultay keçirmək üçün etdiyi müraciətlər nəticəsiz qalıb. Bakı Şəhər İcra Hakimiyyəti isə Müsavatın tələbləri çərçivəsində ona yer ayırmaqdan imtina edir. Belə olan təqdirdə Müsavat Partiyasının qurultayının keçirilməsi istiqamətində proseslər bir az da ləngiyir.
ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında Bakı meriyasının Müsavat Partiyasına qurultay keçirmək üçün yer verməyəcəyi təqdirdə çıxış yolu göstərib. S. Cəlaloğlu Müsavata qurultay üçün ADP-nin konfrans zalını verməyə hazır olduğunu bildirib. “Düzdür, bu vaxta qədər ADP-yə bu barədə müraciət edilməyib. Amma böyük məmnuniyyətlə Müsavat Partiyasına ADP-nin konfrans zalını verərdim. Ancaq Müsavat Partiyası min nəfərlik yer axtarır. ADP-nin zalında isə bu qədər insanı tuta biləcək yer yoxdur. Hər halda müraciət edilsə, tərəfimizdən heç bir problem olmayacaq”, – deyə ADP rəhbəri qeyd edib. Xatırladaq ki, ötən ildən Müsavat Partiyası qurultay keçirmək istəsə də, bu reallaşmayıb.Aqşin Kərimov