Modern.az

Uşaq bağçaları İcra hakimiyyətlərindən alınıb yenidən Təhsil Nazirliyinə qaytarılacaq

Uşaq bağçaları İcra hakimiyyətlərindən alınıb yenidən Təhsil Nazirliyinə qaytarılacaq

Təhsil

25 Aprel 2014, 13:08

Modern.az saytı xəbər verir ki, yaxın zamanlarda Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının icra hakimiyyəti strukturlarının tabeliyindən çıxarılaraq, yenidən Təhsil Nazirliyinin balansına verilməsi gözlənilir.

Təhsil naziri Mikayıl Cabbarov da uşaq bağçalarının rəhbərlik etdiyi qurumun balansına qaytarılmasını vacib bilmişdi. Buna səbəb kimi, nazirliyin uşaq bağçalarının idarə edilməsində, eləcə də bağçalar və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkil edilməsində kifayət qədər təcrübəyə malik olduğu göstərilirdi.

Bildirilir ki, əgər uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri uşaqların orta məktəbə hazırlıq prosesini həyata keçirirsə, həmin müəssisələrin Təhsil Nazirliyinin nəzdində olması daha məqsədəuyğundur. Bu addımın artan valideyn narazılığının qarşısının alınması üçün atılacağı da verilən məlumat sırasındadır.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva Modern.az saytına açıqlamasında belə bir addımı məqbul saydığını bildirib.

 “Əvvəllər də uşaq bağçaları Təhsil Nazirliyinin nəzdində olub, sonradan dəyişiklik edərək, icra hakimiyyətlərinin balansına verilib. Düşünürəm ki, bağçalar müəyyən mənada məktəbəqədərki təhsili formalaşdırdığına, orada müəllim heyəti çalışdığına, pedaqoji fəaliyyəti əhatə etdiyinə görə, bu sahəyə Təhsil Nazirliyinin nəzarət etməsi daha məqsədəuyğundur”.

 

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı