ABŞ Prezident Administrasiyası bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı şəxsi sanksiya tətbiq edə bilər.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunun səbəbi Donetsk vilayətinin Slavyansk şəhərindəki situasiyanın gərginləşməsi, eləcə də Rusiyanın Şərqi Ukraynada və Krımdakı ümumi fəaliyyəti ilə bağlı ola bilər. Sanksiyanın tətbiqi ilə bağlı ehtimalı bu gün “The New York Times” qəzeti Aş evdəki mənbəyə istinadən yayıb. “Newsweek” jurnalı da sanksiyanın tətbiq ediləcəyini istisna etməyib. “Aş evdə qeyd ediblər ki, adətən sanksiyaları dövlət başçılarına tətbiq etməklə başlamırıq. Ancaq Putinə qarşı sanksiyanın tətbiqi variantlardan biridir. Bu istisna olunmur”, - deyə ABŞ Maliyyə Nazirliyini nümayəndəsi bildirib.
Modern.az