Modern.az

“Nida”çı gənclərin məhkəməsi mayın 1-nə qaldı

“Nida”çı gənclərin məhkəməsi mayın 1-nə qaldı

Təhsil

25 Aprel 2014, 14:24


Baki Ağır Cinayətlər Məhkəməsində “Nida” vətəndaş hərəkatının üzvlərinin bu gün keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Modern.az xəbər verir ki, növbəti məhkəmə iclası mayın 1-də keçiriləcək. Həmin tarixdə “Nida”çı gənclər son sözlə çıxış edəcəklər. 

Xatırladaq ki, 2013-cü iiln yanvar-mart aylarında həbs edilən gənclərə qarşı partlayıcı maddə əldə etmə, narkotik maddə saxlam, kütləvi iğtişaş təşkil etmə və ya belə iğtişaşlarda iştiraka cəhd etmə maddələri ilə cinayət işi açılıb. Aprelin 17-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı məhkəmdən təqsirləndirilən gənclərə 6,5 ildən 8,5 ilə qədər azadlıqdan məhrum etmə cəzası istəmişdi.  

Dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.

Həmin gündən gənclər buna etiraz olaraq aclıq aksiyasına başlayıblar. Aprelin 20-dən isə aclığa onların valideynləri də qoşulmuşdu. Aprelin 23-də valideynlər aclığı müvəqqəti dayandırıblar  

“Nida”-çı gənclər artıq 8-ci gündür ki, aclıq aksiyası keçirirlər. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı