Modern.az

Kliçko Kiyev meri vəzifəsinə namizədliyini verdi

Kliçko Kiyev meri vəzifəsinə namizədliyini verdi

Təhsil

25 Aprel 2014, 14:39

Ukraynanın “UDAR” partiyasının lideri, tanınmış boksçu Vitali Kliçko Kiyev şəhər meri vəzifəsinə namizədliyini irəli sürüb. Modern.az Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, o özü jurnalistlərə deyib ki, namizədliyinin qeydiyyata alınması üçün artıq sənədlərini seçki komissiyasına təqdim edib: “İndicə sənədlərimi seçki komissiyasına vermişəm, yaxın zamanda qeydiyyata alınıb-alınmadığım bilinəcək”.

Kliçko Kiyev şəhər seçki komissiyasına sənədlərlə birlikdə girov kimi 52934 qrivna da verib. Komissiyadan verilən məlumata görə, aprelin 24-də Kiyev meri seçkilərində iştirak üçün Kiyev şəhər dövlət administrasiyasının keçmiş sədri İvan Saliy də sənədlərini təqdim edib. Xatırladaq ki, Kiyev şəhərinin meri vəzifəsinə seçilmək niyyətində olanlar namizədliklə bağlı sənədlərini aprelin 23-dən 30-na qədər təqdim edə bilərlər. Mer seçkiləri mayın 25-də, prezident seçkiləri ilə eyni gündə keçiriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı