Paytaxt rayonlarında, habelə Sumqayıt və Xırdalan şəhərlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailələrə dəstək üzrə mərkəzləri yaradacaq. Sözügedən Dövlət Komitəsi informasiya və analitik araşdırma şöbəsinin müdir müavini Aydın Rəcəbli Modern.az-a bildirib ki, hazırda Komitənin 11 rayonda (Zaqatala, Qəbələ, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad rayonlarında, eləcə də Bakının Şüvəlan qəsəbəsində) ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir.
A. Rəcəblinin sözlərinə görə, rayonlara yeni təyin olunan icra başçılarının qadın müavinləri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə işləyirlər.
Gültəkin Ələsgər