
Türkiyənin Aydın şəhərində polisin təşkil etdiyi əməliyyatda fahişəliyə vasitəçilik edən 6 nəfər və 7-si xarici vətəndaş olan 10 qadın nəzarət altına alınıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəzarətə alınan qadınlar arasındakı Gürcüstan vətəndaşı L.C AİDS-ə yoluxduğu üçün daha əvvəl ömür boyu Türkiyəyə gələ bilməzmiş. Amma qadağaya baxmayaraq onun saxta sənədlərlə təkrar ölkəyə daxil olduğu ortaya çıxıb.
Aydın şəhərinin hüquq-mühafizə orqanları müəyyən edib ki, 56 yaşlı R.Ş və 51 yaşlı Z.Ş böyük hissəsi xarici vətəndaşlığı olan qadınlardan ibarət fahişə şəbəkəsi qurublar. Məlumatda qeyd edilir ki, şəbəkə üzvləri 3 ay müddətində texniki və fiziki təqibə alınıblar.
Təqibin ardından keçən çərşənbə günü hərəkətə keçən polis şəbəkənin lideri R.Ş. və Z.Ş. ilə O.K. (40 yaş), S.D. (42 yaş), B.Y. (40 yaş) və M.İ.-nı (50 yaş) nəzarətə alıb. Şəbəkənin zorla fahişəliyə sürüklədiyi Gürcüstan vətəndaşları L.M., T.M., T.C. və L.C., Azərbaycan vətəndaşları A.Y. və K.D., Moldova vətəndaşları N.D. və Türkiyə vətəndaşı Ü.K., N.P. və A.B. isə qurtarılıb. Fahişəlik etdiyi müəyyən olunan qadınlardan xarici vətəndaşlar ifadələrinin ardından sərhəd xarici edilmək üzrə xaricilər şöbəsinə göndərilib.
Qadınları fahişəliyə məcbur etdikləri irəli sürülən 2-si qadın olmaqla 6 şübhəlinin işi isə məhkəməyə göndərilib.
Modern.az