Modern.az

“Azərbaycanlı mafiya başçısına” atəş açmaq fürsəti – Qalmaqallı VİDEO - OYUN

“Azərbaycanlı mafiya başçısına” atəş açmaq fürsəti – Qalmaqallı VİDEO - OYUN

Təhsil

25 Aprel 2014, 16:53

Rockstar North şirkəti komputer oyunlarının tərtibatında ixtisaslaşan ən böyük şirkətlərdən sayılır. 2013-cü il sentyabrın 17-də şirkət çoxplatformalı yeni video oyunun təqdimatını keçirdi. Dünyada məşhur Grand Thef Auto oyunlar silsiləsinin sayca 5-ci nümunəsi olan yeni oyun Gramd Thef Auto V adlanırdı.

Bu oyun əyləncə sənayesində ən böyük büdcəyə malik video oyun kimi tarixə düşmüşdü. Rocstar North şirkəti oyunun xərclərinin 270 milyon dollara təşkil etdiyini açıqlamışdı. Oyunda Azərbaycanla bağlı da özəl bir məqam daha doğrusu antireklam yer alır. Oyunun baş qəhrəmanlarından biri Maykl de Santa Tahir Cavan adlı azərbaycanlı mafiozu öldürməlidir. Azərbaycanlıların şərq görünüşünə malik olması, saqqalı və fasiləsiz siqaret çəkməsi Maykl de Santaya Tahir Cavanı tanıması üçün verilən əsas əlamətlər olur. Sonda baş qəhrəman azərbaycanlı mafiya başçısını atəş açmaqla öldürür.

İlk baxışdan önəmsiz görünən bu video oyun epizodu əslində Azərbaycan və azərbaycanlılar barəsində mənfi imic formalaşdıra bilər. Belə ki, əsasən mütəşəkkil cinayətkar dəstələrin qanunsuz fəaliyyətindən bəhs edən Grand Thef Auto oyunu öz şiddət və zorakılıq dolu stilistikası ilə tanınır və satışa çıxdığı ilk ay ərzində tərtibatçılarına 1,5 milyard dollar gəlir gətirib. Yüksək satış göstəriciləri oyunun 50 milyonda artıq nüsxəsinin satıldığından xəbər verir. Dünyanın müxtəlif ölkələrindən milyonlarla oyunu 2013-cü ilin ən uğurlu layihəsi hesab edilir.

Beləliklə, Azərbaycan barədə təsəvvürləri olmayan yaxud az bilgili, müxtəlif ölkələrdə yaşayan və əsas auditoriyasını gənclərin təşkil etdiyi oyun həvəskarları azərbaycanlıları cinayətə meylli təhlükəli şəxslər kimi qəbul edəcək.

Modern.az-a bu mövzuda danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanın məsələ ilə bağlı Xarici İşlər Nazirliyi, həm də Müəllif Hüquqları xətti ilə iş aparmalı olduğunu deyir. “İlk növbədə, vurğulamalıyam ki, hər hansı video oyunda yer alan pozuntular konkret ölkənin müvafiq sahələrindəki qaydaları pozursa, onda bununla bağlı Xarici İşlər Nazirliyi, yaxud Müəllif Hüquqları Agentliyinin xətti ilə iş aparılmalıdır. Bundan başqa, vətəndaş cəmiyyətləri səviyyəsində müəyyən təşəbbüslərlə çıxış olunmalıdır. Oyunu tərtib edən yaxud onu bazara buraxan şirkətlər müəyyən olunmalı və onlarla danışıqlar aparılmalıdır. Hər hansı ölkənin nüfuzu aşağılanarsa, onda bu sahədə qəbul olunmuş beynəlxalq hüquqla məsələ həll olunmalıdır”, – deyə ekspert fikrini bildirib.   

 





Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı