Modern.az

Putin və Merkel yenə Ukraynadan danışdı

Putin və Merkel yenə Ukraynadan danışdı

Təhsil

25 Aprel 2014, 17:04

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə Ukraynadakı gərginliyi müzakirə edib. Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, telefon vasitəsilə aparılan danışıqlarda Ukraynadakı böhrandan çıxış yolları barədə söz açılıb. V. Putin rəsmi Kiyevi cənub-şərqi Ukraynada apardığı antiterror əməliyyatlarında xalqa qarşı zor tətbiq etməkdə ittiham edib.

Fikir mübadiləsi zamanı Ukrayna və Rusiyanın 17 aprel Cenevrə razılaşmasına əməl etməyin vacibliyi də qeyd edib.  Hər iki ölkə lideri Rusiya qazının tranzitinin təhlükəsizliyi məsələləri üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.  

Qeyd edək ki, Cenevrədə 17 apreldə Rusiya, ABŞ, Avropa Birliyi və Ukraynanın iştirakı ilə dördtərəfli danışıqlar aparılıb və razılaşma əldə olunub. Razılaşmaya görə Ukraynada tərəflər zor tətbiq etməkdən çəkinməklə qanunsuz silahlı dəstələri də tərksilah etməlidir.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı