Modern.az

İran erməniləri Tehranda İranın himnini oxudular - VİDEO

İran erməniləri Tehranda İranın himnini oxudular - VİDEO

Təhsil

25 Aprel 2014, 17:26

Güney Azərbaycan Milli Hərəkatı-an MDHP- Güney Azərbaycan Departamentinə daxil olan məlumata əsasən hər il olduğu kimi, bu ildə İran rejiminin himayəsində yaşayan ermənilər 24 Aprel qondarma soy qırımı gününü qeyd etmək üçün İran rəsmilərinin icazəsilə tehranda Türkiyə əleyhinə şuarlar səsləndirdilər. Əldə olunan video görüntülərdə ermənistandan gələn və tehranda yaşayan ermənilər əllərində Xamneyinin şəkillərini və İran bayraqlarını tutaraq İranın dövlət himinini səsləndirirlər və sonra Türkiyə əliyhinə şüarlar deyirlər.
Xatırladaq ki,26 fevral 1992-ci ildə erməni və rus hərbi birləşmələri tərəfindən Azərbaycan respublikasının Xocalı şəhəri və ətraf kəndlərin bütün sakinləri təmamilə soyqırıma məruz qalıb minlərlə dinc müsəlman Türk, körpə uşaqlar,hamilə qadınlar,yaşlı qadın və kişlər amansızcasına ermənilər tərəfindən qətlə yetirilib. Güney azərbaycnlılar hər il bu ağır faciənin qurbnlarını yad etmək üçün hər hansı bir formada mərasim keçirmək istədikləri zaman "İran İslam" rejiminin məmurları tərəfindən hücuma məruz qalır və çox sayda soydaşımız həbs olunaraq işkəncə və təziqlərə məruz qalırlar. Amma İranda rejim tərəfindən ermənilərin müsəlman Türk millətinə qarşı olan bütün aksiya və tədbirlərinə rəsmi olaraq icazə verilir. 

 


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı