Modern.az

İlham Əliyevin Sərkisyana cavabı Türkiyəni SEVİNDİRDİ

İlham Əliyevin Sərkisyana cavabı Türkiyəni SEVİNDİRDİ

Təhsil

26 Aprel 2014, 10:02


Azərbaycan prezidenti İlham Əliyevin “Şərq Tərəfdaşlığı”nın Praqa sammitində Ermənistan dövlət başçısına sərt cavab verməsi Türkiyə gündəminin əsas mövzularından birinə çevrilib. Modern.az xəbər verir ki, Türkiyənin nüfuzlu xəbər agentlikləri, qəzetlərinin əsas prioritet mövzusu S. Sərkisyanın  Türkiyəni qondarma “erməni soyrıqımı” na görə ittiham etməsinə Azərbaycan dövlət başçısı İ. Əliyevin cavab verməsi olub. Türkiyənin “Anadolu”, “Cihan”, "Doğan", "İhlas" xəbər agentlikləri, “Sabah”, “Milliyet” və digər qəzetləri,  İ. Əliyevin erməni həmkarına tutarlı cavabından yazaraq Azərbaycan Prezidentinin çıxışını təqdir edib.  Məsələ Türkiyə televiziyalarının da gündəmində olub.  

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramının 5-ci ildönümə həsr olunmuş sammit Çexiyanın paytaxtı Praqada keçirilib. Sammitdə çıxış edən Ermənistan prezidenti Serj Sərkisyan reqlamentdən kənara çıxaraq çıxışını qondarma erməni “soyqırımı” üzərində qurub və buna görə Türkiyəni ittiham edib. Prezident İlham Əliyev isə ona “Türkiyə burada yoxdur ona görə belə danışırsız, amma mən burdayam”,-deyə Türkiyəyə açıq dəstək nümayiş etdirib və Sərkisyanı susdurub.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı