Modern.az

Parlament Jurnalistləri Birliyi Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı bəyanat verib

Parlament Jurnalistləri Birliyi Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı bəyanat verib

Təhsil

26 Aprel 2014, 10:59


Parlament Jurnalistləri Birliyi “Yeni Musavat” qəzetinin əməkdaşı, jurnalist Fərahim İlqaroğlunun vəhşicəsinə döyülməsini pisləyən bəyanatla çıxış edib.

Bəyanatda bildirilir:
“Jurnalistə qarşı belə amansız davranış bizi hiddətləndirib. Belə hadisələr ölkədə sabit vətəndaş cəmiyyətinin qurulmasına öz mənfi təsirini göstərir. Biz bu cinayəti törədən təqsirkarların tezliklə tapılıb cəzalandırılmasını istəyirik. Ümid edirik ki, hüquq-mühafizə orqanları jurnalist Fərahim İlqaroğluna qarşı törədilən bu amansız hücumun təqsirkarlarını yaxın zamanda üzə çıxaracaq”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı