Modern.az

İcra Hakimiyyətindən etiraf: “Bağçalarda uşaqlarla kobud rəftar edən tərbiyəçilər var”

İcra Hakimiyyətindən etiraf: “Bağçalarda uşaqlarla kobud rəftar edən tərbiyəçilər var”

Təhsil

26 Aprel 2014, 12:53

“Hazırda yeni bağçaların inşası dayandırılıb. Bütün diqqət təmirə ehtiyacı olan bağçalara yönəldilib. Yeni bağçalar tikilsə belə, orada çalışmaq üçün kifayət qədər kadrlar var”.

Bunu Modern.az-a açıqlamasında BŞİH-nin mətbuat xidmətindən bildiriblər.

“İşə götürülən bağça personalı xüsusi olaraq ixtisas üzrə, müsabiqə yolu ilə işə qəbul edilir. Uşaqlarla pis rəftarına görə cəzalan, işdən kənarlaşdırılanlar olur, amma onların sayı kifayət qədər azdır. Çünki icra hakimiyyəti bağçalara nəzarəti gücləndirib. İstənilən qayda pozuntusu barədə məlumatımız olur. O ki qaldı bağçaların BŞİH-in balansından çıxarılaraq Təhsil Nazirliyinə verilməsinə, bu, sadəcə sözdür. Ortada real bir şey yoxdur. Bunu zaman göstərəcək”, – deyə BŞİH rəsmisi əlavə edib.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı