Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 27-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Şimal küləyinin güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 13-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.