Modern.az

Sərkisyan Dağlıq Qarabağ rejimini rəsmən tanımaq üçün Avropaya MÜRACİƏT etdi

Sərkisyan Dağlıq Qarabağ rejimini rəsmən tanımaq üçün Avropaya MÜRACİƏT etdi

Təhsil

26 Aprel 2014, 13:29

Ermənistan prezidenti Serj Sərksiyan Çexiyada keçirilmiş “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət başçılarının zirvə görüşündə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını tələb edib.

“Qarabağın xalqının öz müqəddəratının təyin etməsinin  faktik olaraq reallaşması və de-yure tanınmasının zamanı çoxdan çatıb”.

Modern.az saytı bildirir ki, Sərksiyan belə bəyanatla dövlət başçılarının zirvə görüşündə çıxış edib.

“Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün həyati əhəmiyyət daşıyan məsələ olaraq qalmaqda davam edir. Dağlıq Qarabağda Avropa dəyərləri əsasında idarəetmə sisteminin formalaşması artıq danılmaz faktdır. Qarabağ xalqının öz müqəddaratını təyin etməsi ilə bağlı faktı hüquqi cəhətdən mökəmləndirmək zamanı çoxdan çatıb”-deyə Sərkisyan həyasızcasına bildirib.    

X. SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı