Modern.az

“Putin və Obama daim ünsiyyətdə olacaq” - TƏKZİB

“Putin və Obama daim ünsiyyətdə olacaq” - TƏKZİB

Təhsil

26 Aprel 2014, 15:16


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kreml rəhbəri Vladimir Putinlə ABŞ dövlət başçısı Barak Obama arasında bir daha telefon danışığı olmayacağına dair iddialara cavab verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki,  Kreml rəsmisi bu barədə danışarkən deyilənlərin əsassız olduğunu bildirib. “Ukrayna ilə bağlı danışıqlar intensiv olaraq davam edir. Fikir ayrılıqları çox olur və sərt dialoq aparılır. Amma bununla belə ünsiyyət davam edir”,-deyə Kreml rəsmisi qeyd edib.  

Qeyd edək ki, ABŞ mətbuatı Rusiya Prezidenti Vladimir Putinlə Ağ Ev rəhbəri Barak Obama arasında Ukrayna ilə bağlı bir daha telefon danışığının baş tutmayacağını yazıb.  

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı