Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə prezident İlham Əliyevin çıxışı siyasi arena tərəfindən çox müsbət qarşılanıb.
“BMT-nin ixtisaslaşmış qurumları haqqında kitabımda da əks etdirmişəm ki, İlham Əliyev ilk dəfə olaraq BMT-ni ciddi tənqid edib. Səbəb isə BMT-nin qərarlarının icra olunmamasıdır. BMT-nnin BAŞ Məclisindəki 58-ci ssesiyadakı çıxışında İ.Əliyev hələ baş nazir olarkən BMT-nin qərarlarının icra olunmamasını ciddi tənqid etdi. Bu dəfəki çıxışında avropa təşkilatlarını da tənqid etdi.”
Professor bildirdi ki, prezidentin Çexiyadakı çıxışında mahiyyətində böyük bir məqsəd vardı. “İ.Əliyev ikili standartlara böyük zərbə vurdu. Bununla dünyaya öz mesajını göndərdi. Bununla demək istədi ki, bəsdirin ikili standartlarla oynadınız. Üstüörtülü olaraq gedən proseslərə toxundu. Yəni orada Krımın, Ukraynada gedən hadisələrin adını çəkməsə də, Rusiyanın mövqeyini deməsə də , örütlü şəkildə dünyaya mesaj göndərdi. Bildirdi ki, nə qədər ki, ikili standartlarla oynayacaqsınız, o qədər də dünyanı idarə etmək mümkün olmayacaq. Ermənilər soyqırımın 100 illiyi ilə bağlı dünyada tədbirlər görməyi planlaşdırırlar. Buna görə bütün dünyaya hay-küy salıblar. Bunun yalan olduğunu prezident bir daha bildirdi və qeyd etdi ki, erməni lobbisi uydurma erməni soyqırımı yalanını yaymaqla məşğuldur. Hələ o zaman orada 250 min erməni yaşadığı halda , səs salırlar ki, guya orada 1 milyon 600 min insan qırılıb. Onların yalanının əndazəsi yoxdur. Burada iki əsas məsələ durur ki, birincisi dünyaya mesaj göndərdi, ikincisi öz çıxışı ilə erməniyə “sillə” vurdu. Bildirdi ki, Ermənistan ərazi işğal etməsinə baxmayaraq səsvermə hüququndan məhrum etmirsiz, amma Rsiyanı məhrum etmisiz. (adını çəkməsə də Rusiyanı nəzərdə tuturdu)
Gülşən Raufqızı