Aprelin 28-də akademik Zərifə Əliyevanın adını daşıyan lisey görkəmli oftolmoloqun anadan olmasının 91 ci ildönümü ilə bağlı xeyriyyə tədbiri keçrəcək. Modern.az saytı xəbər verir ki, tədbir Fəxri Xiyabanda Zərifə Əliyevanın məzarını ziyarətlə başlayacaq. Daha sonra liseyin müəllimləri, şagirdləri və valideynlər "Faydalı gün" adlı akciya keçirəcək. Aksiyanın məqsədi liseyin yerləşdiyi ərazidə yaşayan imkansız ailələrə ərzaq yardımı ilə kömək etməkdir.
Sonra məktəbdə xeyriyyə yarmarkası təşkil olunacaq. Bu yarmarkadan əldə olunacaq vəsait "Uşaqların Xoşbəxt Gələcəyi" təşkilatının fonduna keçiriləcək və həmin məbləğ ürək qüsurlu Sənan Mirzəyevi əməliyyat elətdirmək üçün sərf olunacaq. Xeyriyyə tədbiri konsert proqramı ilə başa çatacaq.

Modern.az