Modern.az

Gəncədə Qazi Qarabağ azanı səsləndi

Gəncədə Qazi Qarabağ azanı səsləndi

Təhsil

26 Aprel 2014, 16:36

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəsinə dəstək məqsədilə növbəti görüşünü qədim Gəncə şəhərində keçirib. Təşkilatdan Modern.az-a verilən məlumata görə, tədbirdə ilk öncə “Qazi Qarabağ azanı” səsləndirilib. Daha sonra birliyin sədri Sevinc Əzimbəyli bu layihəyə öz təşəbbüsləri ilə dəstək verdiklərini bildirib. O, “Qazi Qarabağ azanı”nı ölkədə milli vətənpərvərlik ruhunun dirçəlməsi yolunda mübarək bir vəsilə olduğunu, hər bir inanclı ölkə vətəndaşının bu məqsədlə səfərbər olmasının vacibliyini söyləyib. QHT rəhbəri bütün Gəncə şəhər sakinlərini bu azanın təbliğində aktiv olmağa çağırıb.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, ölkədə milli-mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövləti və Prezident İlham Əliyev olduğunu bildirib. O, Azərbaycanda dini tolerant şəraitdə məzhəblərarası münasibətlərin qızışdırılmasına şərait yaradan qüvvələrin zərərsizləşdirilməsində hər kəsi dövlətə dəstək olmağa çağırıb.

C.Əzimbəyli son günlər Suriyada döyüşən azərbaycanlı gənclərin yanlış yolda olduğunu qeyd edib: “Bu gün Suriya torpaqlarında öldürülən Azərbaycan gənclərinin cihad yeri doğma Qarabağ, şəhidliyə gedən yolda istinad nöqtəsi isə Seyid Mübariz İbrahimovdur”.

Tədbirdə Gəncə şəhər ziyalıları, nüfuzlu din adamları və gənclər iştirak edib.






Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı