Jurnalist Ekspert Mərkəzi, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi hadisəsinə etiraz bəyanatı yayıb. Bəyanatda deyilir:
“Tanınmış reportyor, Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğluna qarşı törədilən vəhşilik nəinki Azərbaycan jurnalistikasına, dövlətinə, cəmiyyətinə və hakimiyyətinə yönəlmiş təhdiddi.
Jurnalsitikanın nüfuzunun artdığı, yazılarda təqdim olunan faktlara müvafiq qurumlar tərəfindən dərhal reaksiya verildiyi, mətbuatın aşkara çıxardığı qanun pozuntularına səbəb olanların cəzalandığı bir dövrdə, reportajları ilə demokratik cəmiyyətin inkişafına təkan olan Fərahim İlqaroğlunun döyülməsi faktı hər bir vətəndaşa dəyən zərbədi. Jurnalist Ekspert Mərkəzinin üzvləri əmindir ki, dəyərli həmkarımıza zor tətbiq edənlərin şəxsiyyəti müəyyənləşəcək, videogörüntüdə aydın təsvir olunan sillə, sambo fənni və təpiklərlə məşhurlaşan o adam və sifarişçilər layiqli cəzasını alacaq.
Hüquq-mühafizə orqanlarının peşəkarlığına güvənirik, cəmiyyəyin sarsılmaz sütunu olan jurnalistikanın təəssübünü bizim qədər çəkdiklərinə inanırıq”.

Modern.az