Modern.az

Səfir Kanada biznesmənlərini Azərbaycana dəvət edib

Səfir Kanada biznesmənlərini Azərbaycana dəvət edib

Təhsil

1 May 2014, 08:12

Kanadanın Toronto şəhərində Kanada Avrasiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə “Azərbaycanda sərmayə imkanları” adlı dəyirmi masa keçirilib.

  Tədbirdə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizin iqtisadi potensialı, regionumuzda həyata keçirilən enerji və nəqliyyat layihələri, eləcə də Kanada-Azərbaycan ikitərəfli ticarət əlaqələri barədə təqdimatla çıxış edib.

 Səfirlikdən Modern.az –a verilən məlumata görə, F.Şəfiyev eyni zamanda Azərbaycanda investisiya imkanları ilə bağlı iştirakçılara ətraflı məlumat verib.  

 Tədbirdə iştirak edən bir sıra kanadalı işgüzar adamlar Azərbaycanla biznes əlaqələri və ölkəmizdə həyata keçirilən müxtəlif layihələr barədə öz şəxsi təcrübələrini bölüşüblər. Onların fikrincə, Azərbaycan iqtisadi sahədə böyük potensiala malikdir və Kanada şirkətlərini ölkəmizin iqtisadi həyatında iştirak etməyə dəvət olunub.  

 

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı